Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsm sərgİSİ
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi adlı sərgidə iştirak etdi Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə noyabrın 28-i Hərb Tarixi Muzeyində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” adlı rəsm dərnəyinin istedadlı şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihənin təqdimat mərasimi keçirildi. Dörd ay davam edəcək layihənin əsas məqsədi Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizi yeni nəsilə tanıtması və onların vətənpərvər ruhda böyüməsi, dövlətçilik ənənələrinə sadiq qalması, Vətən uğrunda canlarından keçən şəhidlərin yeniyetmə və gənclər üçün qürur mənbəyinə çevrilməsidir. Rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anını öz rəsm əsərlərində əks etdirmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirdə Azərbaycan Respublikasının Sabunçu rayonu üzrə Millət vəkili Dilarə Cəbrayılova, Cəmşid Naxçıvanski adına hərbi liseyin nümayəndəsi Əkbərov Cəlil, JEM-in sədri Ceyhun Musaoğlu, Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş qəhrəmanların valideyinləri və yaxınları iştirak etdilər. Çıxış üçün ilk söz layihənin rəhbəri, Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğluna verildi. O, çıxışında tədbirə gələn şəhid valideyinlərinə öz dərin minnətdarlığını bildirdi və layihə haqqında qısa məlumat verdi. Ceyhun Musaoğlu qeyd etdi ki, layihənin əsas məqsədi əsgərlərimizin qəhrəmanlığını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gənc nəslin yaradıcı nümayəndələrində vətənpərvərlik ruhu aşılamaq, Vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Həmçinin onu da vurğuladı ki, bu tarixi, bu faktı, qəhrəmanlarımızı rəsmlərdə əbədiləşdirməyə bizə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi, xüsusi olaraq Dilarə xanım Əliyevaya, Hərb Tarixi Muzeyinin rəyisi, polkovnik Əzizağa Qənizadəyə bu layihədə dəstək göstərdiyi üçün minnətdarlığını bildir. Tədbirdə iştirak edən şəhid ailələrinə isə xüsusi ehtiramla yanaşaraq, onlara allahdan səbr dilədi. Çıxış üçün növbəti söz Azərbaycan Hərb Tarixi Muzeyinin rəyisi, Qarabağ və Əfqanistan müharibələrinin iştirakçısı, Qırmızı Ulduz Ordenli, ehtiyyatda olan palkovnik Əzizağa Qənizadəyə verildi. “Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmi, qəhrəmanlar döyüşdə doğulur” – deyən Əzizağa Qənizadə qeyd etdi ki, 4 günlük müharibədə xalqımızın onlarda qəhrəman övldları doğuldu. Növbəti çıxış Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevaya verildi. Dilarə xanım öz çıxışında qeyd etdi ki, uşaqların bu hazırlıq prosesində yaxından iştirak etmiş, onların qəhrəmanlarımız haqqında dərin bilgilərə sahib olmasında müəllimlərlə birlikdə bilavasitə yaxından iştirak etmişdir. Sonuncu çıxış üçün isə söz Azərbaycan Respublikasının Millət Vəkili Dilarə Cəbrayılovaya verildi. Dilarə xanım bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirərək şəhidlərimizə allahdan rəhmət dilədi. Bu layihədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 4 müəllimi və 16 gənc rəssamı iştirak etdi. Layihədə iştirak edən şagirdlər, müəllimlər və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva diplomla mükafatlandırıldı. Sonda isə tədbir iştirakçıları sərgiyə baxmağa dəvət olundu.